Roman Qriqorçuk: “Buna görə Allaha dua edirəm”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Biz qeydə alınan nəticələrə görə şadıq. Buna görə Allaha dua edirəm. Sadəcə, oyunumuzu daha yaxşılaşdırmaq istəyirik və bunun üçün çalışırıq. Avroliqada bir oyunumuz oldu. Gücümüzün böyük hissəsini ora qoymuşduq. Bu üzdən “Sumqayıt”la matç ağır keçdi. Biz qeydə alınan nəticələrə görə şadıq. Buna görə Allaha dua edirəm. Sadəcə, oyunumuzu daha yaxşılaşdırmaq istəyirik və bunun üçün çalışırıq”.

Həmin kateqoriyadan