Roman Qriqorçuk Ukrayna millisinə gedir?

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna yığmasını çalışdıra bilər. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin bir nömrəli komandasının sükanı arxasına keçməyə əsas namizədlərdən hesab olunur.

Bu barədə Ukraynanın “Sportanalytic” portalı məlumat yayıb. Portal Ukrayna Futbol Federasiyasına istinadla xəbər verir ki, artıq Qriqorçukla danışıqlara start verilib. Yığmanın indiki baş məşqçisi Mixail Fomenko AÇ-2016-nın pley-off oyunlarında komandasını qitə birinciliyinə çıxara bilməsə, o zaman istefası qaçılmaz olacaq. Belədə, Ukrayna millisinə dekabr ayında yeni baş məşqçi gətiriləcək ki, namizədlərdən də biri məhz Qriqorçukdur.

Ukrayna yığması Avropa çempionatına vəsiqə qazanacağı halda da Fomenko yığmada qalmayacaq. Belə ki, o, Fransada keçiriləcək qitə birinciliyi başa çatandan sonra millidən gedəcək. Qriqorçukla danışıqlar həmin vaxta qədər müsbət nəticələnməsə, yığmanın Andrey Şevçenkoya tapşırılması gözlənilir.

Həmin kateqoriyadan