- Baxış sayı: 32
- 18 Aprel 2024 22:15
- Baxış sayı: 38
- Aprel 18, 2024
- 0
Qazaxıstanın “Astana” klubundan ayrıldıqdan sonra işsiz qalan Roman Qriqorçuk ölkəsi Ukraynada çalışmaq istədiyini açıqlayıb. Allsport.az xəbər verir ki, “Futbol1” kanalına müsahibə verən 55 yaşlı mütəxəssis təklif gözlədiyini deyib:
“Ukraynada çalışmaq arzum var. İşləməyə hazıram və öz şansımı gözləyirəm”.
Ukraynalı mütəxəssis 2014-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb və bölgə klubunu 2 dəfə Avropa liqasının qrup mərhələsinə yüksəldib. Qriqorçuk Ukraynada “Metallurq” və “Çernomorets” klublarının baş məşqçisi olub.