“Roma”nın müdafiəçisi “Əl Əhli”yə keçib

Roma”nın müdafiəçisi Rocer İbanez karyerasını Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda davam etdirəcək.

Allsport.az saytı xəbər verir ki, transfer məbləği 28,5 milyon avrodur, əlavə olaraq daha 3 milyon avro bonus olaraq verilir.

Həmçinin, Roma klubu 24 yaşlı braziliyalının sonrakı transferinin 20%-ni alacaq.

Bundan başqa, Ciddə klubu futbolçunun hazırlığı və məşqinə görə İtaliya klubunun təzminat kimi ödəməli olduğu 1,5 milyon avro ödənişi öz üzərinə götürüb.

İbanez “Roma”nın heyətində 149 oyun keçirib (9 qol və 2 məhsuldar ötürmə). O, “Fluminense” və “Atalanta”da da çıxış edib. Müdafiəçi Braziliya millisində 2 oyun keçirib.

Həmin kateqoriyadan