“Ronaldinyuya “Qarabağ”ın köynəyini hədiyyə etdim”

“Ronaldinyuya “Qarabağ”ın köynəyini hədiyyə etdim”

“Qarabağ”ın keçmiş futbolçusu Reynaldu əfsanəvi braziliyalı Ronaldinyu ilə bağlı xatirə bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, İnstaqram səhifəsində həmyerlisi ilə şəklini paylaşaraq yazıb:

“Ronaldinyu ilə Bakıda görüşümü yaxşı xatırlayıram. Onunla bu şəkli də o vaxt çəkmişdim. Bir az söhbət etdik. Amma nə haqda danışdığımız indi yadımda deyil. O zaman ona “Qarabağ”ın köynəyini hədiyyə etdim. Maraqlı görüş oldu”.

Xatırladaq ki, dünya çempionu “Qəbələ” futbol klubunun dəvəti ilə 2016-cı ildə ölkəmizdə olub.

Həmin kateqoriyadan