- Baxış sayı: 53
- 10 Dekabr 2024 22:16
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
“Sabah” FİBA Avropa kubokunu növbəti oyununda “Marussi”yə (Yunanıstan) məğlub olub – 71:82: Allsport.az xəbər verir ki, son ölkə çempionun baş məşqçisi Rimas Kurtinaytis oyunla bağlı bunu deyib:
“Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir. Üstəlik oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb. Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu əsas problemdir. Səhvlərimiz də oldu.
FIBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidir. Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk. Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdir”.