Ruben Diaş futbolçularımıza meydan oxudu

Portuqaliya yığmasının müdafiəçisi Ruben Diaş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Həmişə olduğu kimi, burada olmağımdan, Portuqaliyanı təmsil etməyimdən çox məmnunam. Milli komandada oynamaq imkanım var. Əlimdən gələni etmək və yaxşı nəticə qazanmaq üçün səbrsizlənirəm. Çox aydın oyun taktikamız var. Milli komandada fərqli rəqabət mövcuddur.

Qarşıdakı hər oyuna ciddi yanaşmalıyıq. Hədəfimiz dəyişməz olaraq qalır. Əsas məqsəd mundiala yollanmaqdır. Ona görə hər bir oyun bizim üçün çox vacibdir. Ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq, ən yaxşı kartlarımızdan istifadə edəcəyik. Bir neçə müddətdir birlikdə oynayırıq və oyunumuzu daha da yaxşılaşdırmaq və inkişaf etdirmək istəyirik.

Kriştianu Ronalduya gəlincə, o, dünyanın ən yaxşı oyunçularından biridir. Komandaya əsaslı töhfə verən bir oyunçudur. Ancaq biz yalnız Ronaldoya güvənməyəcəyik. Komanda şəklində oynayacağıq. Bütün oyunçuları inteqrasiya etməyə çalışırıq”.

Həmin kateqoriyadan