Runi: Messiyə MLS-də asan olmayacaq

Amerika “Yunayted”inin baş məşqçisi Ueyn Runi Lionel Messinin “İnter Mayami”yə keçidini şərh edib.

Allsport.az xəbər verir ki, iyulun 15-də Amerika klubunda Messinin rəsmi təqdimat mərasimi keçirilib.

“Messi üçün hər şey hazırdır. Bütün dostları orda olacaq. BusketsAlba klub ilə müqavilə imzaladılar, İnyestaLuis Suarez də qoşulacaq. Messinin həm sevdiyi, həm də güvəndiyi məşqçisi var.

Hazırda Səudiyyə Ərəbistanında baş verənlərlə Messini gətirmək MLS üçün böyük uğurdur. Amma burada onun üçün asan olmayacaq. Bu çılğın səslənir, lakin bura Avropadan gələn oyunçular bunun çətin liqa olduğunu görürlər” – Runi yazıb.

Həmin kateqoriyadan