- Baxış sayı: 51
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Rusiyanın “Mordoviya” klubuna yeni transferlərini qeydiyyatdan keçirmək qadağası qoyulub. Allsport.az saytı xəbər verir ki, buna səbəb, komandanın vaxtilə heyətində çıxış etmiş bir sıra futbolçuya olan borcunu qaytara bilməməsidir.
Onların arasında Azərbaycan millisinin yarımmdafiəçisi Emin Mahmudov da var. Amma rusların futbolçumuza nə qədər borclu olduğu açıqlanmır.
Rusiya Futbol İttifaqı tərəfindən tətbiq olunan bu qadağa, “Mordoviya”nın borcları ödəyəcəyi təqdirdə aradan qaldırıla bilər.