Rusiya yığmalarının sanksiyası qüvvədə saxlanıldı

Rusiya yığmalarının sanksiyası qüvvədə saxlanıldı

Beynəlxalq basketbol federasiyası (FİBA) Rusiya milli komandalarına tətbiq olunan kənarlaşdırma qərarını qüvvədə saxlayıb.

Allsport.az xəbər verir ki, 2022-ci ildən qüvvədə olan sanksiya davam etsə də, beynəlxalq olimpiya komitəsinin (BOK) tövsiyəsi əsasında 3×3 basketbol üzrə yığmalar üçün müəyyən istisnalar tətbiq olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın U-21 kişi və qadın 3×3 milliləri millətlər liqasının qalibi olaraq, kənarlaşdırıldıqdan sonra ilk beynəlxalq turnirlərində çempionluq sevinci yaşayıblar. Bu uğur onlara Çində keçiriləcək U-23 dünya çempionatına birbaşa vəsiqə qazandırıb.

Lakin FİBA bildirib ki, Rusiya komandalarının həmin turnirdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar daha sonra veriləcək. Qurum vurğulayıb ki, 3×3 basketbola aid güzəştlər yalnız BOK-un tövsiyəsinə əsasən tətbiq olunub və digər Rusiya yığmalarına şamil edilmir.

Həmin kateqoriyadan