FOTO
Rusiyalı gözəl: “Konora yaxınlaşanda həyat yoldaşı yanında idi”

Rusiyalı gimnast Karolina Sevastyanova keçmiş UFC döyüşçüsü Konor Makqreqor ilə fotosunu İnstaqramda paylaşdıqdan sonra çoxlu tənqidlərə məruz qaldı. Allsport.az xəbər verir ki, Monakoda yaşayan 25 yaşlı olimpiya çempionu irlandiyalı idmançı ilə aralarında gizli eşqin olduğu iddialarını təkzib edib:

“Uşaqlar, mənə bu sualları verməkdən əl çəkin! Konora sevgilimlə yaxınalaşdım və onun həyat yoldaşı yanında idi”.

Karolina 17 yaşında olarkən 2012-ci ildə London olimpiya oyunlarının qalibi olub və eyni zamanda 2 dəfə də Avropa çempionatını qazanıb. Ancaq idmandan çox erkən imtina etdi və bu gün modelliklə məşğuldur.

Gözəlçə əvvəllər xokkeyçi Aleksandr Oveçkin ilə birgə olsa da, indi zəngin Aleksandr Mazanovla münasibətdədir.

Həmin kateqoriyadan