- Baxış sayı: 31
- 19 Avqust 2026 13:58
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

“Mançester Siti”nin hücumçusu Jeremi Doku “Arsenal”a qarşı keçirilən İngiltərə superkuboku qarşılaşmasında (3:0) zədələnib.
Allsport.az xəbər verir ki, belçikalı cinah hücumçusu baldır əzələsində narahatlıq hiss etdiyi üçün “Arsenal”la matçın fasiləsində əvəzlənib.
Təcrübəli futbolçu premyer liqanın növbəti turunda “Bornmut”la görüşdə komandasına kömək edə bilməyəcək.
Doku son dövrdə kəskin tənəffüs yolu infeksiyası və topuq nahiyəsindəki zədə səbəbindən də problemlərlə üzləşmişdi. Məhz buna görə o, “şəhərlilər”lə mövsümlərarası təlim-məşq toplanışını tam şəkildə keçirə bilməyib.