- Baxış sayı: 48
- 10 Avqust 2026 17:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

May ayının 29-u ümummilli lider Heydər Əliyevin xatirəsinə səmti müəyyən edənlər arasında kubok yarışı keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə İçəri şəhər və Dənizkanarı Bulvar xəritələri üzrə keçirilməsi planlaşdırılan yarışa nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaların, şirkətlərin, idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri qatıla bilərlər.
“Elit” və “Junior” kateqoriyaları üzrə elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil ediləcək yarışda iştirakçılar müəyyən edilmiş məsafədə mübarizə aparacaqlar.