Səmti müəyyən edənlərin açıq ölkə çempionatı keçiriləcək

Oktyabrın 7-8-də Şabranda və Bakıda səmti müəyyən etmə üzrə açıq ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda iştirakçılar elit, açıq, junior və müxtəlif yaş kateqoriyaları üzrə fərdi və komanda hesabında mübarizə aparacaqlar.

İdmançılar yarışın birinci günündə – oktyabrın 7-də Şabranda Qalaaltı meşə massivinin ərazisində yeni çəkilmiş xəritə üzrə orta məsafə, ikinci gün isə Bakıda – Dənizkənarı Bulvar və İçərişəhər ərazisində sprint növü üzrə güclərini sınayacaqlar.

Açıq ölkə çempionatın keçirilməsində məqsəd səmti müəyyən etmə idmanının kütləviləşməsi, sağlam həyat tərzi və ətraf mühitə qarşı qayğı ilə yanaşmanın təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verilməsi, səmti müəyyən etmə idman növü üzrə milli yığma komanda üçün ehtiyatların formalaşdırılmasıdır.

Həmin kateqoriyadan