VİDEO
Şənol Günəş: “Komandaların sayı artsa, Azərbaycan futbolu irəli gedə bilər”

Türkiyə millisinin baş məşqçisi Şənol Günəş “İdman” TV-də yayımlanan “Ay-ulduzlu liqa” verilişində qonaq olub. Allsport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Türkiyə millisinin Avropa çempionatında Bakıda keçirəcəyi oyunlar barədə Tural Məmmədli və Elçin Cəfərova danışıb:

“Bakıda olimpiya stadionunda keçiriləcək AÇ-2020-nin artıq xəyalını qurmağa başlamışam. UEFA bizə ev sahibliyi vermədi. Amma biz özləri də istəmədən Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı bizə öz evimiz kimidir”.

Təcrübəli mütəxəssis Azərbaycan futbolundan və “Qarabağ”ın uğurlarından söz açıb: “Yaxın zamanlarda Bakıya gəlmişdim, orda özümü əcnəbi kimi hiss etmədim. Hava limanına ayaq qoyanda Trabzonda, İstanbulda və ya Türkiyənin hansısa şəhərində olduğumu hiss etdim. Siz də burda özünüzü əcnəbi kimi hiss etmirsiniz. İki dövlət, tək millətik. Həmişə belə davam etməsini arzu edirəm. Daha öncə Bakıda görüşdüyüm dostlar var idi. Əvvəl “Qarabağ”ın ÇL-də “Çelsi” ilə matçını izləməyə gəlmişdim.

Həmin vaxt komandanın bazasına da yollanmışdım. Məşqçilərimiz, futbolçularımız Azərbaycana yollanır. Yaxın olmağa ehtiyacımız var. Aramızda dil baryeri yoxdur. Futbol adına təcrübəmizi bölüşə bilərik. Son illərdə “Qarabağ”ın çempionlar liqasının qrupuna düşüb qrupda səs gətirməsi və daha da inkişaf etməsini qeyd etmək lazımdır. Bəlkə də, komandaların sayı çox olsa, Azərbaycan futbolu irəli gedə bilər. Düzdür, Türkiyədə hər şey fərqlidir. Ancaq Azərbaycanın da bunu bacara biləcəyini düşünürəm. Bakıda da böyük dəyişiklik var. Avropa çempionatında sizinlə bərabər Uels və İsveçrəyə qarşı oynayacağıq”. 

Həmin kateqoriyadan