Sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırıldı

Sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırıldı

Madrid “Real”ının müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırılıb.

Allsport.az xəbər verir ki, hadisə avqust ayında Qran-Kanariyanın cənubunda baş verib. 23 yaşlı futbolçu “Porşe” markalı avtomobili idarə edərkən polis tərəfindən saxlanılıb. Onun qanında yol verilən normadan dörd dəfə artıq spirt aşkar edilib.

Asensio 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük vəsiqəsindən məhrum olunub.

Futbolçu yaxın günlərdə daha bir məhkəmə prosesində iştirak edəcək. Asensio və “Real”ın gənclər komandasının üç sabiq futbolçusu iki qadının iştirakı ilə çəkilmiş intim xarakterli videoları onların razılığı olmadan yaymaqda ittiham olunurlar.

Həmin kateqoriyadan