- Baxış sayı: 29
- 27 Avqust 2026 18:35
- Baxış sayı: 20
- Avqust 27, 2026
- 0


UEFA çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna “Prezidentin ehtiyat fondu”ndan 5 milyon manat ayrılıb.
Allsport.az xəbər verir ki, İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Maliyyə nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, nazirlər kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Sabah” avqustun 25-də UEFA çempionlar liqasının pley-offunda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.