- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

UEFA çempionlar liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb.
Allsport.az xəbər verir ki, həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.
“Sabah” – “Orhus” matçı bu gün, saat 20:00-da 8700 tamaşaçı tutumuna malik “Bank Respublika arena”da start götürəcək. Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə “Orhus” 2:1 hesablı qələbə qazanıb.