- Baxış sayı: 38
- 28 Avqust 2026 23:53
- Baxış sayı: 133
- Avqust 27, 2026
- 0


“Mançester Siti” Xulian Alvaresin mümkün transferi ilə bağlı “Atletiko Madrid”lə əlaqə saxlayıb.
Allsport.az xəbər verir ki, İngiltərə klubu argentinalı hücumçunu icarəyə götürmək istəyir.
Lakin “Mançester Siti”, “Arsenal”la eyni problemlə üzləşib. Belə ki, 26 yaşlı futbolçu İngiltərəyə qayıtmaq istəmir.
Bundan başqa, “Atletiko”nun Alvareslə yollarını yalnız iki halda ayırmağa hazır olduğu bildirilir. Madrid təmsilçisi futbolçu üçün ən azı 150 milyon avro ödənilməsini tələb edir. Digər variant isə Viktor Dyökereş səviyyəsində futbolçunun pul əlavəsi ilə dəyişdirilməsidir.
Alvares 2022-2024-cü illərdə “Mançester Siti”nin formasını geyinib.