“Şah oyun”un biletləri satışa çıxarıldı

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçının biletləri bu gün satışa çıxarılıb. Allsport.az xəbər verir ki, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Sentyabrın 20-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.

Xatırladaq ki, üzvlük kartlarının sahibləri üçün “Bakcell Arena”da ilk oyun olduğuna görə “Neftçi” onlara hədiyyə təşkil edib. Belə ki, “NeftçiKART” sahibləri bu oyunu VIP tribunadan, “NeftçiVIP” sahibləri isə “SkyBox”lardan izləyə biləcəklər.

Həmin kateqoriyadan