Şahin Diniyev: “Bu gün nəticə üçün oynadıq”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun gərgin alındı. Bundan öncəki 3 görüşdə yüksək səviiyyəli, hücumameyilli futbol oynasaq da, nəticə qazana bilməmişdik. Bunun gərginliyi vardı. Stadiona gələn azarkeşlər bizdən qələbə gözləyirdilər. Futbolçular üzərlərində böyük yük hiss edirdilər. Oyunçularım səhv etməkdən qorxurdular. Amma buna baxmayaraq, qələbə qazandıq. Etiraf edim ki, bu gün nəticə üçün oynadıq. Qazanılan qələbə ümid edirəm ki, növbəti oyunda da işimizə yarayacaq. Azarkeşlər, jurnalistlər kimi mən də hücumçudan qol gözləyirəm. Məncə, zaman keçdikcə Aleksandr öz üzərinə düşən işi həyata keçirəcək. Hazırda yaxşı oyunçu tapmaq çətindir. Amma qışda bunun üçün imkanımız olacaq. Turnir cədvəlindəki yerimizə uyğun olaraq, transferlər edəcəyik”.

Həmin kateqoriyadan