Şahin Diniyev: “Təəssüf ki, yaxşı oyuna xal verilmir”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Əvvəla, bayramınızı təbrik edirəm. Gəncədən buraya gələn azarkeşlərə öz minnətdarlığımı bildirmək istərdim. Çox təəssüf ki, yaxşı oyuna xal verilmir. Mənim komandam indi layiqli yerdə deyil. Çempionatın gedişində öz yerimizi tutacağıq. Futbolçulara təşəkkürümü bildirmək istəyirəm. Maksimum oyun sərgilədilər. Sadəcə, bəxtsizlikdən bu oyunda məğlub olduq. Oyunçular arasında hələ ki, anlaşılmazlıq mövcuddur. Zamana ehtiyacımız var. Bu gün Robert Prosineçki də oyunu izləyirdi. İstərdim ki, “Kəpəz” də milli üçün oyunçu yetişdirsin. “İnter”i təbrik edirəm. Şansından maksimum yararlana bildilər. Amma mənim komandam bu oyunda daha yaxşı oynadı və məğlubiyyətə layiq deyildi”.

Həmin kateqoriyadan