Şahin Mövsümov: Əsas məqsəd Paris olimpiadasına lisenziya qazanmaqdır

“Komandamıza gələcəkdə əcnəbi baş məşqçi cəlb etməyi düşünürük. Onun qarşısına müəyyən hədəflər qoyulacaq. Əsas məqsəd, olimpiadaya lisenziya qazanmalarıdır. Uzunmüddətli hədəf qoymuşuq: yeniyetmə və gənclər arasında yüksək nailiyyətlər qazanacaq idmançılar yetişdirməkdir”.

Allsport.az saytı xəbər verir ki, bunu kamandan oxatma federasiyasının prezidenti Şahin Mövsümov dedi. Onun sözünə görə, səviyyəli idmançılar ərsəyə gətirmək üçün, bütün imkanlardan istifadə ediləsək:

“Ölkəmizdə idmanın inkişafı üçün paytaxt Bakıda, eləcə də regionlarda hər bir şərait var. Düşünürük ki, həm də Olimpiya İdman Komplekslərinin imkanlarından istifadə edərək bu idman növünü inkişaf etdirə bilərik”.

Həmin kateqoriyadan