Şahin Mövsümov yenidən kamandan oxatma federasiyasına prezidenti seçilib

Aprelin 15-də gənclər və idman nazirliyində Azərbaycan kamandan oxatma federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun nizamnaməsinə əlavə və dəyişikliklər edilib, rəhbər vəzifələrə seçkilər keçirilib. Şahin Mövsümov yenidən prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov idarə heyətinə üzv seçiliblər.

Tədbirin sonunda AKOF-in prezidenti Şahin Mövsümov çıxış edərək, qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Həmin kateqoriyadan