Şahin Mustafayev yenidən stolüstü tennis federasiyasına prezident seçilib

Dekabrın 27-də gənclər və idman nazirliyində Azərbaycan stolüstü tennis federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantı dövlət himninin səsləndirilməsi ilə başlanıb. Nazir Fərid Qayıbov iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra ASTF-in rəhbəri Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Ardınca yeni seçkilər keçirilib və o yenidən prezidenti seçilib.

Yığıncaqda həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov icraiyyə komitəsinə üzv seçiliblər.

Tədbirdən sonra federasiya prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Həmin kateqoriyadan