Mbappe ilə əlaqəni necə qurduğunu açıqladı

Mbappe ilə əlaqəni necə qurduğunu açıqladı

Kolumbiyalı məşhur müğənni Şakirə yenidən dünya çempionatının səsinə çevrilib. Allsport.az xəbər verir ki, o, turnirin “Dai Dai” adlanan rəsmi himnini ifa edib.

Mahnının klipində bir sıra məşhur futbolçular da yer alıb. Lionel Messi, Erlinq Haland, Harri Keyn, Rodri, Luis Dias, Camal Musiala, Alfonso Deyvis və Kilian Mbappe klipə çəkiliblər.

Fransalı ulduz futbolçu çəkilişlərə razılıq verən ilk oyunçu olub. Şakirə açıqlamasında Mbappe ilə əlaqə yaratmasına kömək edən şəxsi açıqlayıb:

“Bilirdim ki, Lüis Həmilton Kilian Mbappe ilə dostdur. Ona yazdım: “Lüis, məni Kilian ilə tanış edə bilərsən?” O da cavab verdi: “Əlbəttə, problem yoxdur”. Lyuis onunla mənim aramda ümumi çat yaratdı. Daha sonra Kiliana yazdım, onunla danışdım və əlaqə qurduq”.

Həmin kateqoriyadan