Məhəmməd üçün 150 milyon avro təklif etməyə hazırlaşır

“Əl İttihad” klubu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün 150 milyon avro təklif etməyə hazırdır. Allsport.az saytı xəbər verir ki, bu məbləğin üçdə ikisi mersisaydlılara zəmanət veriləcək, qalan hissəsi isə mükafatlar şəklində ödəniləcək.

Misirli futbolçu transfer pəncərəsi bağlanana qədər Səudiyyə klubu üçün əsas prioritet hədəfdir. Amma İngiltərə təmsilçisi onu satmağı planlaşdırmır.

“Qırmızılar” Salahı 2017-ci ildə “Roma”dan 42 milyon avroya alıb. “Liverpul” o 308 oyun keçirib, 187 qol vurub və 81 məhsuldar ötürmə edib. Transfermarkt onu 65 milyon avro qiymətləndirir.

Həmin kateqoriyadan