- Baxış sayı: 50
- 13 Noyabr 2026 17:37
- Baxış sayı: 409
- Noyabr 09, 2026
- 0

Ukrayna superliqasında 7-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı həndbolçu Saleh Vəliyevin çıxış etdiyi “Karpatı” evdə “Həndbol akademiyası”lə qaşılaşıb.
Matç Ujqorod təmsilçisinin 31:24 (18:11) qələbəsi ilə yekunlaşıb. Həmyerlimiz komandasına 5 top qazandırıb. “Karpatı” 6 oyundan 6 xalla 9 klub arasında 4-cü yerdədir.