- Baxış sayı: 43
- 12 Noyabr 2026 17:09
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

Kiprin Limasol şəhərində sambo üzrə gənclər arasında Avropa birinciliyində Azərbaycan komandası çıxış edib. Allsport.az xəbər verir ki, yarışda komandamızın heyətində Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq) və Toğrul Salmanov (+98 kq) mübarizə aparıblar.
Toğrul Salmanov qızıl medal qazanıb. Nicat Məmmədli (58 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medallara sahib olublar.
Millimiz komanda hesabında üçüncü yeri tutub.