- Baxış sayı: 51
- 12 Noyabr 2026 17:09
- Baxış sayı: 389
- Noyabr 09, 2026
- 0
Azərbaycan milli komandasının samboçusu Amil Qasımov Avropa çempionu olub. Allsport.az saytı xəbər verir ki, Tatarıstan paytaxtı Qazanda keçirilən yarışın 2-ci günündə döşək üzərinə çıxan idmançımız 74 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qızıl medala sahib olan həmyerlimiz finalda erməni əsilli Ukrayna təmsilçi Artur Sarkisyanı məğlub edib. Həlledici görüşdə 9:0 hesabı ilə qalib gələn samboçumuz Avropa çempionu adını qazanıb.