- Baxış sayı: 53
- 30 Aprel 2024 12:07
- Baxış sayı: 31
- May 02, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Futbolçular bunun üçün çalışdılar. Amma qırmızı vərəqə bizim planlarımızı alt-üst etdi. Bəzi futbolçular bu qırmızı vərəqədən sonra psixoloji cəhətdən sındılar. Məqsədimiz 2-ci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də 10 nəfər qaldıqdan sonra imkanlarımız çoxaldı. Amma qol vura bilmədik”.