- Baxış sayı: 146
- 07 Avqust 2026 20:51
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0
Sloveniya çempionatında 2-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Samir Məsimovun çıxış etdiyi “Domjale” səfərdə “Krsko” klubu ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə edib – 1:1.
Hücumçumuz ilk turda olduğu kimi, bu matçda da iştirak ərizəsində yer almayıb. “Domjale” 2 turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb; Avropa Liqasında mübarizəni davam etdirir.