- Baxış sayı: 27
- 31 İyul 2026 23:58
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

Braziliyanın “Santos” klubu ulduz futbolçu Neymarın büstünü klub muzeyində nümayiş etdirib.
Allsport.az xəbər verir ki, büstün açılış mərasimi futbolçunun iştirakı ilə baş tutub.
2025-ci ilin yanvarında yetirməsi olduğu “Santos”a qayıdan Neymar bu addımı böyük qürur hissi ilə qarşıladığını bildirib:
“Santos”un tarixinin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. İlk addımlarımdan mənə dəstək olan Allaha, ailəmə və “Santos” azarkeşlərinə təşəkkür edirəm. Birlikdə çox gözəl və unudulmaz anlar yaşadıq. Çətin günlər də oldu, amma siz həmişə yanımda oldunuz”.
Neymar peşəkar futbol karyerasına məhz “Santos”da başlayıb və 2025-ci ilin yanvarında yenidən doğma klubuna qayıdıb.