“Hər dəfə çempionluğu qazanmaq getdikcə çətinləşir”

Allsport.az xəbər verir ki, “Zenit”in müdafiəçisi Duqlas Santos Rusiya superkuboku uğrunda görüşdə Moskva SSKA-sını (0:0, 5:4 – penalti) məğlub etdikdən sonra, matç haqqında danışıb.

Superkubokdakı qələbə sayəsində “Zenit” Rusiyanın ən çox titul qazanan klubu olub.

““Zenit”ə gəldiyim gündən klubumuzun məqsədi dəyişməz qalıb – həmişə qalib gəlmək. Tarixə düşmək mənim üçün xüsusi bir məqamdır. Yeni rekordlar üzərində işləməyə davam edəcəyik. Dünənki qələbə çox vacib idi. 

Bu, Rusiya premyer liqası başlamazdan əvvəl bizə inam verir. Başa düşürük ki, hər dəfə çempionluq titulunu qazanmaq getdikcə çətinləşir. RPL-də rəqabətin səviyyəsi çox yüksəkdir” – Santos deyib.

Həmin kateqoriyadan