“Liverpul”un növbəti təklifini rədd edib

“Sauthempton” Romeo Lavianı transfer etmək üçün “Liverpul”un növbəti təklifini rədd edib.

Allsport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi oyunçu üçün 45 milyon funt-sterlinq təklif edib, “Sauthempton” isə oyunçu üçün 50 milyon funt-sterlinq tələb edir. Əvvəllər Lavia artıq 37 milyon və 42 milyon funt-sterlinqə satmaqdan imtina etmişdi.

Bu transfer strategiyası “qırmızılar”ın keçmiş futbolçusu Ceymi Karrageri qəzəbləndirib.

“Liverpool artıq bir neçə ildir ki, səssizcə oxşar müqavilələr edir. Ancaq Laviyanın 50 milyon dəyərində olduğunu düşünmürsənsə, keç. Əgər ehtiyacınız varsa, o zaman ödəyin”

Həmin kateqoriyadan