“Şaxtyor” Azərbaycanla oyun öncəsi “Atırau”ya qalib gəldi

Ukraynanın “Şaxtyor” klubu Türkiyədəki təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, Donetsk təmsilçisi qardaş ölkədə artıq ilk yoxlama oyununu da keçirib.

Sözügedən komanda burada Qazaxıstanın “Atırau” klubu ilə görüşüb. Qarılaşma “Şaxtyor”un 1:0 hesablı qələbəsiylə başa çatıb. Oyundakı yeganə qolu İsmaili vurub.

“Şaxtyor” bu oyunda aşağıdakı heyətlə oynayıb: Kanibolotski (Xucamov, 46), Dentinyo, Krivtsov (Volovik, 46), Ordeç, İsmaili, Stepanenko (k), Kovalenko, Marlos, Azevedo, Vellinqton, Qladki.

Qeyd edək ki, “Şaxtyor” Antalya toplanışı çərçivəsində Azərbaycan yığması ilə də yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 24-də baş tutacaq.

Həmin kateqoriyadan