Sercio Markionne: “Ferrari”ni cempionluq mübarizəsindən silməsinlər

“Ferrari”nin prezidenti Sercio Markionne çempion olmaq üçün hər şeyə sahibləndiklərini bildirib. Allsport.az saytı xəbər verir ki, italyanlar keçən mövsümə böyük ümidlərlə başlasalar da, mövsümü qələbə qazanmadan 3-cü yerdə bitirmişdilər. Buna görə də, bu il çempionluq uğrunda mübarizənin “Red Bull” və “Mercedes” komandaları arasında gedəcəyi gözlənilirdi. Amma “qırmızılar” birinci qış testlərindən sonra ən sürətli və ən dözümlü komandalardan biri sayılır. F-1.az xatırladır ki, “Red Bull” ilk testlərdə gözləntiləri qarşılaya bilməyib, amma Mercedes son illərdə olduğu kimi bu il də çox güclü olub.

“2017-ci ildəki dəyişiklikləri düşünsək, müəmmalı mövsüm olacaq. Buna görə də proqnoz vermək istəmirəm. Sadəcə son ana qədər savaşacağımıza söz verə bilərəm. Zirvəyə qayıtmaq üçün lazımi sürücü heyətinə və resursa sahibik. Bunu yenidən bacara bilərik. 2016-cı il mövsümünü unuda bilmərik. Amma Mattia Binotto və Mauritsio Arrivabenenin rəhbərliyi ilə yeni və güclü texniki heyət, eyni zamanda Rəykkönen və Fettel kimi sürücülər komandanın yaxşı nəticələr almasına kömək edəcəklər”, deyə – Sercio Markionne əlavə edib.

Həmin kateqoriyadan