Sevgilisini ölümlə hədələyən Pedrinyonun gələcəyi məlum deyil

“Lokomotiv”in direktorlar şurasının sədri Yuri Naqornıks braziliyalı hücumçusu Pedrinyonun gələcəyindən danışıb.

Allsport.az xəbər verir ki, Pedrinyo “San Paulo”da icarə əsasında oynasa da, aprel ayında onun müqaviləsi ləğv edilib. Belə məlum oldu ki, o, sevgilisini öldürməklə hədələyib.

“Biz çalışırıq ki, ona Avropa klublarından birində iş tapaq. Çox güman ki, indi onun üçün orda iş tapmaq daha asan olacaq” -deyə Naqorniks bildirib.

Pedrinyonun “Lokomotiv”lə müqaviləsi 2026-ci ilin yayına qədər davam edirdi.

Həmin kateqoriyadan