Xose Kastro: “O, bizə yaramır”

Allsport.az saytı xəbər verir ki, “Sevilya”nın prezidenti Xose Kastro, müdafiəçi Serxio Ramosun kluba qayıtmasını istəmir. Sitat:

“Daha nə deyəcəyimi bilmirəm. Burada və indi deyəcəm: Ramosla heç bir danışıqlarımız yoxdur. Heç vaxt belə variant olmayıb, çünki bu, bizə yaraşmır. Serxio “Sevilya”ya keçmək istəyir? Mən də bir təyyarə istəyirəm, gəlin onu bura çatdıraq”.

Ramos 2002-2005-ci illərdə “Sevilya”da çıxış edib. Bu komandadan 27 milyon avroya “Real” Madridə keçib. İspaniyalı futbolçu bu yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra, azad agent olub.

Həmin kateqoriyadan