Şikar Bədəlov növbəti qələbəsindən danışıb

Almaniyanın Herni şəhərində K-1 üzrə “Fight Vision Europe” beynəlxalq turnirində qalib gələn Şikar Bədəlov KİV nümayəndələri ilə görüş keçirib. Allsport.az saytı xəbər verir ki, yarışda 13 ölkədən 26 idmançı iştirak edib. Kikboksçumuz 75 kq-da yerli həmkarını üstələtib.

Məşqçisi Kənan Mehdiyev onun yarışa hazırlığı barədə məlumat verib, göstərilən dəstəyə görə Kikboksinq federasiyasının minnətdarlığını bildirib. Şikar bundan əvvəl Almaniyada keçirilən reytinq xarakterli “Qəhrəmanların döyüşü” yarışında da qalib gəlib.

Həmin kateqoriyadan