Şimali Makedoniyanı məğlub etdi

Şimali Makedoniyanı məğlub etdi

Azərbaycanın U-18 qızlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, Rumıniyanın Tulça şəhərində təşkil olunan “B” divizionunda mübarizə aparan yığmamız 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniya seçməsi ilə qarşılaşıb.

Əvrən Alqayanın rəhbərlik etdiyi komanda ilk hissəni 40:42 hesabı ilə geridə başa vursa da, ikinci yarıda əzmkar oyun nümayiş etdirərək rəqibini 75:73 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ən yaxşı basketbolçusu millimizin üzvü Dəniz Göyçöl seçilib. O, görüşdə 19 xal toplayıb və 4 götürməyə imza atıb.

Yığmamız növbəti oyununu avqustun 8-də keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq qarşılaşmada komandamız Estoniya seçməsi ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan