FOTO
“Simurq” “Qəbələ” ilə kubok matçına hazırdır

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Simurq” doğma arenada “Qəbələ”ni qonaq edəcək. Allsport.az xəbər verir ki, ilk görüşdə səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacaran Zaqatala klubu ötən gün hazırlıqları tamamlayıb.

Qarşılaşmanın keçiriləcəyi vaxtda son məşqinə çıxan Zaqatala təmsilçisi bir saata yaxın davam edən çalışmaya isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qısa ötürmələr və qruplara bölünərək “kvadrat” oynanılıb. İkitərəfli oyundan sonra qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Bundan sonra hazırlıqları tamamlayan “Simurq”, istirahətə çəkilərək görüşün başlama vaxtını gözləməyə başlayıb.

Görüşə tam heyətlə hazırlaşan “sarı-qaralar”da uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmir artıq komanda ilə birgə məşqlərə qoşulub. “Qəbələ” ilə cavab qarşılaşmasında yalnız sarı vərəqə limitini dolduran Samir Zərgərov iştirak edə bilməyəcək.

Həmin kateqoriyadan