“Siti” dünyanın ən yaxşı klubudur

“Siti” dünyanın ən yaxşı klubudur

“Mançester Siti”nin yeni transferi Ayyub Buaddi İngiltərə klubuna keçidi barədə fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, mərakeşli futbolçu yeni komandasında olmaqdan məmnunluğunu ifadə edib:

“Mənim üçün “Mançester Siti” dünyanın ən yaxşı klubudur. Burada olmaq və özümü bu komandanın futbolçusu adlandırmaq arzudur. Mən uzun illərdir bu komandanı izləyirəm və onun oyun üslubunu bəyənirəm. “Mançester Siti” həmişə keyfiyyətli futbol nümayiş etdirməyə çalışır”.

Buaddi “şəhərlilər”in baş məşqçisi Enzo Mareskanı da dünyanın ən yaxşı məşqçisi adlandırıb. O, həmçinin, “Etihad” stadionunda meydana çıxacağı günü səbirsizliklə gözlədiyini bildirib.

Həmin kateqoriyadan