Şotokan üzrə dünya çempionatına 27 karateçi ilə

Azərbaycan karateçiləri 9-11 sentyabrda Çex Respublikasının Pardubiçe şəhərində şotokan üzrə 12-ci dünya çempionatında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, millimiz yarışa 27 idmançımız yollanıb.

Dünya çempiontında 31 öləkədən 1804 karteçi mübarizə aparacaq. Mötəbər yarışa uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, ustalar və para karateçilər qatılacaq. Müxtəlif yaşlar üzrə çəki dərəcələrindən əlavə açıq çempionat da keçiriləcək.

Yarışdan əvvəl dünya şotokan federasiyasının Azərbaycan nümyəndəliyinin iclası keçirilib. Yığncaqda DŞF-in prezidenti Yaşar Bəşirov və beynəlxalq təşkilatın Azərbaycan nümayəndəsi Rənad Əliyev yarışa hazırlıqla bağlı danışaraq idmançılara uğurlar diləyib.

Həmin kateqoriyadan