- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Londonda “Çarlton Atletik” klubunun ev oyunlarını keçirdiyi “Velli” stadionunda kişi meyiti aşkarlanıb.
Allsport.az xəbər verir ki, hadisə avqustun 17-də, bazar ertəsi səhər saatlarında baş verib.
Kişinin hadisə yerində öldüyü bildirilib. Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.
“Çarlton” avqustun 15-də Çempionşipdə ilk ev oyununu keçirib. London təmsilçisi “Derbi Kaunti”ni 2:1 hesabı ilə məğlub edib. Hazırda 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan komanda avqustun 22-də səfərdə “Vest Hem”lə qarşılaşacaq.