Stolüstü tennis millisi Türkiyəyə yollanıb

Stolüstü tennis millisi İslam həmrəylik oyunlarına hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, əsas seçmə bu məqsədlə yurd dışına yollanıb. Türkiyənin Yalova şəhərində təlim-məşqdə Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək.

Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq.

İslam oyunları 9-18 avqustda Türkiyənin Konya şəhərində təşkil olunacaq.

Həmin kateqoriyadan