Stolüstü tennisçilərin Bakı birinciliyinin qalibləri bilinib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Xəzri” idman klubunda stolüstü tennis üzrə paytaxt çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, oğlanlar arasında şəxsi hesabda Rüstəm Hacılı, qoşa yarışlarda Rüstəm Hacılı və Rüfət Hacılı, qarışıq qoşa yarışlarda isə Səid Gülmətov və Nigar Yarova qızıl medal qazanıblar.

Qızlar arasında şəxsi yarışlarda Əzifə Mahmudova çempion adına sahib olub. Qoşa növdə isə Fidan Quliyeva və Aysel Musadirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan