Stolüstü tennisçilərin ölkə birinciliyi sona yetib

“Şüa” idman–sağlamlıq kompleksində gənc və yeniyetmə stolüstü tennisçilərin ölkə birinciliyində şəxsi görüşlərə də yekun vurulub. Allsport.az saytı xəbər verir ki, gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışın nəticələrinə əsasən 2004-2006-cı il təvəllüdlü qızların şəxsi turnirində Ləman Abdulhəmidova qalib gəlib. Zemfira Mikayılova 2-ci, Xədicə Əbilzadə ilə Səbinə Məmmədova 3-cü yeri tutub.

Oğlanlar arasında baş mükafata Emin Məmmədov layiq görülüb. Kənan Pənahov gümüş, Murad Cəfərovla Hacımurad Məmmədbəyov bürünc medal qazanıb.

Qızların qoşa yarışlarında Zemfira Mikayılova ilə Xədicə Əbilzadə, oğlanlarda isə Kənan Pənahovla Emin Məmmədov ölkə çempionu olublar. Qarışıq-qoşa yarışlarda Ləman Abdulhəmidova ilə Kənan Pənahov bütün rəqiblərinə üstələyiblər.

2007-ci il təvəllüdlü və daha azyaşlı tennisçilərin yarışında qızların şəxsi mübarizəsindən Mərziyyə Nürmətova qalib ayrılıb. Aylın Əsgərova gümüş, Arzu Aslanova ilə Yağmur Məmmədli bürünc medal qazanıb. Oğlanların yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. Onur Quluzadə 2-ci, Toğrul Məhəmmədovla Hüseyn Elyazov 3-cü yeri tutub.

Qızların qoşa yarışlarında Mərziyyə Nürmətova ilə Arzu Aslanova, oğlanların mübarizəsində isə Adil Əhmədzadə ilə Rüstəm Hacılı seviniblər. Qarışıq-qoşa turnirdə Onur QuluzadəNigar Mahmudova tandemi çempion adına yiyələniblər.

Həmin kateqoriyadan