Su idmanı sarayında mediatur

Su idmanı sarayında KİV üçün tanışlıq olub. Allsport.az saytı xəbər verir ki, tur zamanı sarayın direktoru Elçin Həsənov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbürrəhmanov jurnalistləri kompleksin şəraiti və fəaliyyəti barədə məlumatlandırıblar.

Üzgüçülüklə məşğul olmaq istəyənlərə açıqdır. Su idmanı sarayı Avropada ilk üçlüyə, dünyada isə ilk onluğa daxil olan müasir və dünya standartlarına cavab verən idman komplekslərindən biridir. Burada müasir interyer, xoş abu-hava, effektiv işıqlandırma, havalandırma və isitmə sistemləri, rahat soyunma-geyinmə otaqları mövcuddur. Habelə suyun və havanın optimal temperaturda saxlanılması, suyun tərkibinin təmizliyinin yüksək səviyyədə saxlanılması təşkil edilib.

Qonaqların isitifadəsi üçün 5 hovuz, “Technogym” şirkətinin müasir idman avadanlıqları ilə təhciz edilmiş idman zalı, çimərlik idman oyunları üçün meydançalar, minifutbol meydançası, SPA mərkəzi, gözəllik salonu, restoran, kartinq mərkəzi fəaliyyət gostərir. Ümumilikdə, kompleksdə uşaq idman növlərinin inkişafı üçün yüksək səviyyəli şərait yaradılıb.

Baş məşqçi qeyd edib ki, bədii üzgüçülük üzrə də artıq komanda formalaşıb. Yığmamız hazırda Moskvada Rusiya çempionatında iştirak edir və artıq medal da qazanıb.

Həmin kateqoriyadan