- Baxış sayı: 56
- 25 Sentyabr 2026 11:26
- Baxış sayı: 136
- Sentyabr 25, 2026
- 0

Polşanın Siedlce şəhərində sumo üzrə yeniyetmələr və kadetlər arasında Avropa birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, ASF-in prezidenti Samir Abdullayevin rəhbərliyi ilə ölkəmizi slavyan diyarında 4 idmançı təmsil edib.
Adı ilk çəkilən yaş qrupunda Sabir Qarayev (55 kq) gümüş, Alim Balaşlı və Tamerlan Bağırov (hər ikisi – 60 kq) bürünc medal qazanıblar.
Kadetlərdə Sabir Qarayev 1-ci (55 kq) və Nuhan Müzəffərov (45 kq) 2-ci yer tutublar.
Görüşlərin idarə olunmasında bizdən beynəlxalq dərəcəli hakim Rəsul Həsənov yer alıb.
Avropa sumo federasiyasının konqresində Samir Abdullayev növbəti dəfə 5-llik vitse-prezident vəzifəsinə seçilib.

